Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Danilo Türkə
Text size
24 iyun 2010, 13:14
Hörmətli cənab Prezident,
Milli bayramınız – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Sloveniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2010-cu il.