Krans Montana Forumunun təsisçisi və fəxri prezidenti, səfir Jan Pol Karterondan


16 aprel 2018, 20:09
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Krans Montana Forumunun idarə heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin seçkilərdəki qələbəniz xalqın Azərbaycanın gələcək inkişafına inamının və Zati-alinizə bəslədiyi ümidlərin ifadəsidir. Bu, həm də Sizin xalqınız üçün gördüyünüz işlərin nəticəsidir.
Uzun illər ərzində Krans Montana Forumu Sizin gözəl ölkənizlə mehriban və səmərəli əlaqələri davam etdirib. Əminəm ki, bu əməkdaşlıq qarşıdakı illərdə də uğurla davam edəcəkdir.
Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, ailə xoşbəxtliyi, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.
Hörmətlə,
səfir Jan Pol Karteron
Krans Montana Forumunun təsisçisi və fəxri prezidenti.