logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Text size icon-size icon-size

16 aprel 2018, 18:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, qardaşım cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Sizə xalqınızın rifahı naminə qarşıya qoyduğunuz hədəflərə çatmaqda uğurlar arzulayıram. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan, onlar üçün xeyirli və müştərək maraqlara əsaslanan birgə əlaqələndirmə və əməkdaşlıq yollarının gücləndirilməsi üçün daimi istəyimizi bildirir, ölkəmizdə münaqişənin sona çatması və paytaxtı tolerantlıq, birgə yaşama və sülh şəhəri Şərqi Qüds olmaqla müstəqil dövlətimizin yaradılması üçün xalqımıza və onun mübarizəsinə bütün beynəlxalq dairələrdə verdiyiniz dəstəyinizi və mövqeyinizi yüksək qiymətləndirirəm.

Zati-aliləri, ən xoş arzularımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Mahmud Abbas

Fələstin Dövlətinin Prezidenti,

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi