logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri Vaqif Məmişovdan

Text size icon-size icon-size

13 aprel 2018, 14:59

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Sankt-Peterburqda və Leninqrad vilayətində yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun, ölkədə sabitliyin, qanunçuluğun və asayişin təmin olunmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə xidmət edən uzunmüddətli sosial proqramların gerçəkləşdirilməsinə yönəlmiş siyasi xəttinizin fəal dəstəklənməsinin daha bir sübutudur. Azərbaycanımızın çiçəklənməsi və nəzərdə tutulmuş bütün planların səmərəli yerinə yetirilməsi yolunda bu məsul vəzifədə Sizə yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

Vaqif Məmişov

Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti qubernatorunun müşaviri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi