logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, professor doktor Ağabəy Azərbaycanidən

Text size icon-size icon-size

13 aprel 2018, 14:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatı adından təbrik edirəm.

Atanız Heydər Əliyevin və Sizin prezidentliyiniz dövründə Azərbaycanda əldə olunan böyük uğurları müşahidə etmək imkanım olub. Səhiyyənin inkişafı ilə bağlı gördüyünüz tədbirləri, o cümlədən bu sahə ilə bağlı dövlət proqramlarının qəbul olunmasını, yeni sağlamlıq müəssisələrinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bunların sayəsində Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində mühüm uğurlar əldə edilib. Səhiyyənin inkişafı istiqamətində davamlı səylərinizə görə Sizə təşəkkür edir və uğurlarınızın davamlı olmasını arzulayırıq.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

Doktor Ağabəy Azərbaycani

Almaniyanın “Beynəlxalq Humanitar Tibbi Yardım” təşkilatının

Azərbaycan üzrə rəhbəri, professor

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi