Qəmzə Süleymanlıdan, Xocavənd, Azərbaycan
Text size
11 aprel 2018, 15:50
Möhtərəm cənab Prezident.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Vətənimizin ən dilbər guşələrindən olan şimal bölgəsinə səfər etdik. Səfər çərçivəsində həmin rayonların tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olduq. İnanıram ki, bu rayonlarla tanışlıq dünyagörüşümün formalaşmasında mühüm rol oynayacaq.
Əziz Prezidentimiz, layihənin təşkilindən razılığımı bildirərək, Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Süleymanlı Qəmzə Səbuhi qızı.
Azərbaycan Respublikası, Xocavənd rayonu, Tuğ kəndi.