Nərgiz Muradlı və Çinarə Mustafayevadan, Qəbələ, Azərbaycan
07 aprel 2018, 13:30
Hörmətli cənab Prezident.
Son illər Sizin rəhbərliyiniz ilə Azərbaycanın təhsil sisteminin inkişafı istiqamətində görülən bütün işləri alqışlayırıq. Xüsusilə də “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaları vasitəsilə ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri və dinamik sosial-iqtisadi inkişafı ilə bağlı şagirdlərdə əyani təsəvvür yaratdığınıza görə Zarağan kənd 2 saylı tam orta məktəbinin müəllim, şagird və valideyn kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Muradlı Nərgiz Ülvü qızı
Mustafayeva Çinarə Əmirxan qızı.
Azərbaycan Respublikası, Qəbələ rayonu, Zarağan kəndi.