Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği
Text size
29 mart 2018, 18:54
Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 29 mart tarixli
Fərmanı ilə təsdiq edilmişdir
Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə aşağıdakı məbləğlərdə istifadə haqqı tutulur:
1. Yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün – 10 (on) manat.
2. Yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi üçün – 6 (altı) manat.
3. Axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün – 6 (altı) manat.