logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

Text size icon-size icon-size

15 mart 2018, 15:40

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.

Görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulandı, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirildi. Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi