logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezident Mehriban Əliyevanın ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti ilə görüşü olub

Text size icon-size icon-size

15 mart 2018, 15:55

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 15-də ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti, xanım Marianna Vardinoyannis ilə görüşü olub.

Görüşdə VI Bakı Qlobal Forumuna dünyanın bir çox ölkəsindən iştirakçıların qatıldığı diqqətə çatdırıldı və bunun tədbirə olan böyük marağın daha bir göstəricisi olduğu bildirildi.

Görüşdə Forumun artıq beynəlxalq platformaya çevrildiyi qeyd edildi, bu tədbir çərçivəsində müzakirə edilən mövzuların əhəmiyyəti vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi