İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordeni təqdim edib
15 mart 2018, 12:20
Prezident İlham Əliyev Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə “Dostluq” ordenini təqdim edib.
Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunan Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycanın dünyada tolerantlığın gözəl nümunəsi olduğunu dedi. O, Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyəti barədə müxtəlif kitablar üzərində çalışdıqlarını bildirdi. Darxan Kıdırəli prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzuladı və Novruz bayramı münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Darxan Kıdırəlinin türkdilli ölkələr arasında əməkdaşlıq istiqamətində fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini dedi və “Dostluq” ordenini ona təqdim etdi.