İlham Əliyev Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir
Text size
08 iyul 2011, 17:20
Prezident İlham Əliyev Beynəlxalq Güləş Federasiyasının Prezidenti Rafael Martinettini qəbul etmişdir.
Görüşdə ölkəmizdə idmana dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı bildirildi, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu, Azərbaycanda təşkil edilən mötəbər beynəlxalq idman yarışlarının əhəmiyyətinə toxunularaq bu gün Bakıda keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə “ Qızıl Qran Pri” beynəlxalq turnirinin önəmi vurğulandı.