logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Akkan Suverdən, İstanbul, Türkiyə

Text size icon-size icon-size

08 iyul 2011, 10:00

Möhtərəm Prezident, çox hörmətli İlham Əliyev,

Atanız, mərhum Prezident Heydər Əliyevdən təhvil aldığınız böyük mirası Dünya azərbaycanlılarının III qurultayında zirvəyə çatdırdınız.

İştirakçılarının sayı inanılmaz miqyasda çox olan bu tədbirdə Azərbaycançılıq fəlsəfəsinin ölkədən ölkəyə yayılmasını təmin etdiniz.
Nail olduğunuz bu bənzərsiz birlik yalnız Azərbaycanın deyil, türk dünyasının üfüqündə yeni bir günəş kimi doğmaqdadır. Bu işləriniz türk dünyası birliyinin gələcəyinin təminatıdır. Daha dəqiq desək, Dünya azərbaycanlılarının qurultayı türklüyün bayramı olmuşdur.

Zati-alilərinizi, Sizin şəxsinizdə qurultayın bütün təşkilatçılarını təbrik edirik.

Əziz Prezidentimiz,

Bu müstəsna birlik günündə lütfkarlıq göstərib əməyimizi ən yüksək şəkildə qiymətləndirib “Dostluq” ordeni ilə mükafatlandırdınız.

Belə bir şərəfə nail olmağın xoşbəxtlik və minnətdarlıq hissləri ilə bizə iki bayramı birlikdə yaşatdınız. Şəxsən öz adımdan, ailəm və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Fondunun əməkdaşları adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Siz, yaşadıqca unuda bilməyəcəyimiz ev sahibliyinizlə övladlarımıza, nəvələrimizə şərəfli bir miras qoyub getməyimizə imkan yaratdınız.

Bir daha minnətdarlığımızı, hörmətimizi bildiririk.

Sağlıq içində yeni görüşlər arzusu ilə,

Dr. Akkan Suver

Mərmərə Qrupu Strateji və Sosial
Araşdırmalar Fondunun sədri

Türkiyə Respublikası, İstanbul şəhəri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi