Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən
Text size
03 mart 2018, 15:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Bakıdakı Respublika Narkoloji Mərkəzinin binasında çoxlu sayda insanın həyatına son qoymuş yanğın barədə faciəli xəbər Dağıstanda ürəkağrısı ilə qarşılanıb. Bütün dağıstanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının rəhbərliyinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm. Biz Sizin kədərinizə şərikik.
Hörmətlə,
Vladimir Vasilyev
Rusiya Federasiyası Dağıstan Respublikasının
rəhbəri vəzifəsini müvəqqəti icra edən