Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən
Text size


03 mart 2018, 15:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Martın 2-də Bakıda baş vermiş faciəli hadisə barədə xəbər bizi çox kədərləndirdi.
Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı qəbul edin.
Sizdən xahiş edirik həlak olanların doğmalarına və yaxınlarına onların kədərinə ürəkdən şərik olduğumuzu bildirin. Sizinlə bərabər ürəkdən kədərlənirik.
Hörmətlə,
Aleksandr Jilkin
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru