“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı

07 iyul 2011, 18:00

Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 7 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmişdir



1. Giriş


Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır.

2. Dövlət Proqramının əsas məqsədi

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması;
- gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi;
- gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması;
- əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması;
- dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması;
- gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;
- gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
- gənc ailə institutunun möhkəmləndirilməsi;
- gənclərin məlumatlılığının artırılması;
- gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi;
- gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi;
- gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi;
- gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi;
- gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi;
- gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi;
- gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi;
- gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
- gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
- gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.

4. Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin
əlaqələndirilməsi

Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin icrasını Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi əlaqələndirir. Həmin məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri cəlb edilməklə Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurası yaradılır.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat müəssisələrinin və yaradıcılıq ittifaqlarının cəlb olunmasını təmin edir.

5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Dövlət Proqramının həyata keçirilməsinə büdcədənkənar dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr cəlb edilə bilər.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Ətraflı

SƏNƏDLƏR Sərəncamlar 30 iyun 2022
17:29
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü maddəsinin ikinci...

30 iyun 2022, 17:29
SƏNƏDLƏR Sərəncamlar 30 iyun 2022
16:08
Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı...

30 iyun 2022, 16:08
SƏNƏDLƏR Fərmanlar 30 iyun 2022
16:06
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli, “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 427 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında”...

30 iyun 2022, 16:06
SƏNƏDLƏR Fərmanlar 30 iyun 2022
16:04
“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 345 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may...

30 iyun 2022, 16:04
SƏNƏDLƏR Qanunlar 30 iyun 2022
16:00
“Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...

30 iyun 2022, 16:00