Dilbər Niftəliyevadan, Füzuli, Azərbaycan
Text size
28 fevral 2018, 16:20
Hörmətli cənab Prezident.
Sizin gərgin və yorulmaz fəaliyyətiniz, apardığınız ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Sizin fərman və sərəncamınızla Azərbaycanın Milli Qəhrəmanlarına və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən Prezident təqaüdünün məbləğinin artırılması bütövlükdə xalqımıza olan yüksək qayğı və diqqətinizin nəticəsidir.
Əziz Prezidentimiz, bütün Azərbaycan xalqı kimi, Füzuli rayonun sakinləri də Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı böyük nailiyyətlərlə fəxr edirlər.
Hörmətlə,
Niftəliyeva Dilbər Səməd qızı.
Azərbaycan Respublikası, Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi.