Ələddin Cəfərov və başqalarından, Ağdam, Azərbaycan
23 fevral 2018, 17:35
Hörmətli cənab Prezident.
Biz Sizin daxili və xarici siyasətinizi bəyənir və hər zaman dəstəkləyirik. Gördüyünüz bütün işlərin dövlətimizin və millətimizin parlaq gələcəyinə xidmət etdiyini görür və bunu alqışlayırıq. İmzaladığınız fərman və sərəncamlar xalqımızın sosial rifahının, həyat şəraitinin yaxşılaşmasına zəmin yaradır. “Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 4 yanvar tarixli Sərəncamınızı bu istiqamətdə görülən tədbirlərin daha bir nümunəsi kimi dəyərləndirir və bütün bunlara görə Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, xalqa göstərdiyiniz qayğıya görə çox sağ olun. Sizə müvəffəqiyyətlər, möhkəm cansağlığı, uzun ömür arzulayırıq.
Hörmətlə,
Cəfərov Ələddin
Səfərov Rafayıl
Heydərov Fərhad
Həsənov Nurəddin və başqaları.
Azərbaycan Respublikası, Ağdam rayonu, Hacıturalı kəndi.