P.C.İsmayılzadənin Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
19 fevral 2018, 18:44
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Pərviz Cəfər oğlu İsmayılzadə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2018-ci il.