Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Vuçiçə
Text size
14 fevral 2018, 18:00
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2018-ci il.