logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018–2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

29 yanvar 2018, 17:37

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2017-ci il dekabrın 7-də Vyana şəhərində imzalanmış 2018–2020-ci illər üzrə İş Proqramı təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən İş Proqramının müddəalarının həyata keçirilməsini təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 yanvar 2018-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi