R.Ş.Rzayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
29 yanvar 2018, 18:16
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda, Oman Sultanlığında, Yəmən Respublikasında, Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2018-ci il.