Honduras Respublikasının Prezidenti Zati-aliləri cənab Xuan Orlando Ernandes Alvaradoya
Text size
26 yanvar 2018, 17:55
Hörmətli cənab Prezident,
Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2018-ci il.