Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Ram Nat Kovində
25 yanvar 2018, 18:03
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Hindistan əlaqələrinin dərin tarixi kökləri və xoş ənənələri mövcuddur. İnanıram ki, ölkələrimiz arasında bu ənənələrə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2018-ci il.