Teymur Şahmarov və başqalarından, Saatlı, Azərbaycan
25 yanvar 2018, 14:15
Hörmətli cənab Prezident.
Sizin Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı yeni ilin ilk günlərində imzaladığınız Sərəncamınız minlərlə sakinin böyük sevincinə səbəb oldu və onlarda ruh yüksəkliyi yaratdı. Bu, Sizin Saatlı rayonuna olan diqqət və qayğınızın bariz nümunəsidir.
Əziz Prezidentimiz, biz kənd adamları - Saatlı rayon ziyalıları və nümayəndələri bu Sərəncama görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Şahmarov Teymur
Səlimov Möhübbət
Behbudov Cavanəli
Behbudov Comərd
Abasov Ağababa
Şahmarov Saniq.
Azərbaycan Respublikası, Saatlı rayonu, Əhmədbəyli kəndi.