Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
04 iyul 2011, 19:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilsin:
“Əməkdar Elm Xadimi”
Natiq Məmməd oğlu Atakişiyev
Eldar İsmayıl oğlu Vəliyev
Tofiq Davud oğlu Məlikli
“Əməkdar İncəsənət Xadimi”
Cahangir Mütəllib oğlu Novruzov
Ebrahim Ehrari
“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”
Məmməd Həşimoviç Cəfərov
“Əməkdar Artist”
Arif Abdulla oğlu Mirzəyev
Mərdan Əhmədiyyə oğlu Feyzullayev
“Əməkdar Rəssam”
Teymur Rəsul oğlu Rzayev
“Əməkdar Jurnalist”
Mahir Canmirzə oğlu Həmzəyev
“Əməkdar Mədəniyyət İşçisi”
Gülşən Lətif qızı Kazımova
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2011-ci il.