İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 yanvar 2018, 15:05
Prezident İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
Görüşdə “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan müqavilənin uzadılmasının əhəmiyyəti vurğulandı. Bu il “Şahdəniz-2” yatağından ilk qazın hasil olunacağı, TANAP kəmərinin istismara veriləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda neft hasilatının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Prezident İlham Əliyev Robert Dadlini Bakıya səfərə dəvət etdi.