İlham Əliyev “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
Text size
23 yanvar 2018, 23:30
Prezident İlham Əliyev Davosda “Lazard Freres” şirkətinin sədri və baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.
Metyu Piqas “Lazard Freres” şirkətinin uzun illərdir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini bildirdi. O, gələcəkdə ölkəmizdə yeni biznes layihələrində iştirak edəcəklərinə ümidvar olduğunu vurğuladı.
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin ölkəmizdəki fəaliyyətini müsbət qiymətləndirdi və onun Azərbaycanda gələcək fəaliyyətinin də uğurlu olacağına əminliyini ifadə etdi.