logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru ilə görüşü olub

Text size icon-size icon-size

23 yanvar 2018, 23:35

Prezident İlham Əliyev Davosda ABŞ-ın “Blackstone” şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiven Şvarzman ilə görüşüb.

Stiven Şvarzman bir müddət bundan əvvəl Azərbaycanda səfərdə olduğunu, ölkəmizin tarixi və müasir simasının onda dərin təəssürat yaratdığını bildirdi. O, “Blackstone” şirkətinin Azərbaycan Dövlət Neft Fondu ilə əməkdaşlığının uğurlu olduğunu vurğuladı.

Prezident İlham Əliyev “Blackstone” şirkətinin ölkəmizlə əməkdaşlığını müsbət qiymətləndirdi. Görüşdə gələcək əməkdaşlığa dair məsələlər müzakirə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi