logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

Text size icon-size icon-size

22 yanvar 2018, 21:45

Prezident İlham Əliyevin Davosda “Chevron” şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer ilə görüşü olub.

Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi