logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub

Text size icon-size icon-size

15 yanvar 2018, 17:00

Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi