Latviya Respublikasının Prezidenti Raymonds Veyonisdən
29 dekabr 2017, 15:30
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, bol enerji, ölkənizə isə sülh və firavanlıq arzulayıram.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin müsbət dinamikasını görməkdən məmnunluq hissi duyuram.
Sizin ölkəmizə sonuncu səfəriniz Azərbaycan ilə Latviya arasında sıx bağlarla qurulmuş əməkdaşlıq əlaqələrinin daha da güclənməsi üçün möhkəm təməl yaradıb.
Zati-aliləri, mənim ən yüksək ehtiramımı, eləcə də Sizə və Azərbaycan Respublikasının xalqına uğurlu və firavan Yeni il arzularımı qəbul etməyinizi rica edirəm.
Hörmətlə,
Raymonds Veyonis
Latviya Respublikasının Prezidenti