logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib

Text size icon-size icon-size

25 dekabr 2017, 12:20

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Xaltmaaqiyn Battulqa dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi