Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən
24 dekabr 2017, 10:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əziz cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.
Fürsətdən istifadə edərək, yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz möhkəm dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmi beş il ərzində dünyada tanınmış institutlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi fəaliyyət göstərəcək.
Cənab Prezident, xahiş edirik bizim ən dərin hörmətimizi və ehtiramımızı qəbul edin. Sizinlə VI Qlobal Bakı Forumunda görüşümüzü səbirsizliklə gözləyirik.
Ən xoş arzularla,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Seragəldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Dünya Bankının vitse-prezidenti
İdarə Heyətinin üzvləri:
Tarya Halonen
2000-2012-ci illərdə Finlandiyanın Prezidenti
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Zlatko Laqumdziya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının baş katibi
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
Marianna Vardinoyannis
ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri
Noelen Heyzer
2007-2015-ci illərdə BMT baş katibinin müavini, BMT baş katibinin vasitəçilik üzrə Yüksək Səviyyəli Komitəsinin üzvü.