İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib
21 dekabr 2017, 13:40
Prezident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş ilə görüşüb.
Dövlət başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik etdi və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.
Dövlət başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırladı. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirdi.
Əli Ərbaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd etdi.
Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulandı.
Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.