logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Text size icon-size icon-size

02 iyul 2011, 16:00

Hörmətli Aleksandr Qriqoryeviç,

Sizi və dost Belarus xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.

Azərbaycan ilə Belarusu sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır. Əminəm ki, dövlətlərimiz arasında bu xoş ənənələrə əsaslanan münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyun 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi