Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
30 noyabr 2017, 18:02
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:
Əliyeva Bəstixanım İsgəndər qızı
Əliyeva Ruhəngiz Ağabala qızı
Quliyeva Sima Əhməd qızı
Sadıxova Nairə Hafiz qızı
Tağıyeva Xatirə Sətdar qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 noyabr 2017-ci il.