logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə

Text size icon-size icon-size

30 noyabr 2017, 18:01

Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2017-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi