Mahir Alıyev və Nizami İsgəndərlidən, Daşkəsən, Azərbaycan
24 noyabr 2017, 13:05
Hörmətli cənab Prezident,
Sizin gənc nəslə göstərdiyiniz diqqət və qayğınız minlərlə valideyn kimi, bizdə də Sizə böyük hörmət, ehtiram və məhəbbət hissləri oyadır. Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası övladlarımızın dünyagörüşünün formalaşmasında, gənc nəslin daha intellektli olmasında müsbət rol oynayır.
Möhtərəm Prezident, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyadan sevinc hissi ilə geri qayıdan övladlarımızın sevincinə qoşulur, ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah həmişə Sizi sevindirsin.
Hörmətlə,
Alıyev Mahir
İsgəndərli Nizami.
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Bayan kəndi.