Ayarxanım Xəlilova və başqalarından, Sumqayıt, Azərbaycan
24 noyabr 2017, 12:25
Hörmətli cənab Prezident,
Şəhərimizdə və onun qəsəbələrində aparılan abadlıq-quruculuq işləri bizi çox sevindirir. Uşaq bağçalarının, avtomobil yollarının, çoxmənzilli yaşayış binalarının əsaslı təmiri, yeni inzibati və ictimai-sosial binaların tikilməsi, parkların salınması hər kəsin ürəyincədir.
Əziz Prezidentimiz, hər bir regionumuz kimi, Sumqayıt şəhəri də görülən məqsədyönlü işlər sayəsində sosial-iqtisadi inkişafa nail olub. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Xəlilova Ayarxanım Osman qızı
Əhmədova Təranə Haqverdi qızı
Güləliyeva Sevinc Ruslan qızı
Ramazanova Almaz Qeyser qızı.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.