Məhərrəm İsmayılov və başqalarından, Gəncə, Azərbaycan
23 noyabr 2017, 16:25
Möhtərəm cənab Prezident,
Son 14 ildə ölkəmiz Sizin çoxşaxəli daxili və xarici siyasətiniz sayəsində sürətlə inkişaf edib. Bu inkişaf hazırda çox uğurla davam etdirilir. Ölkə regionlarının sosial-iqtisadi inkişafına, həmçinin təhsilə və elmə göstərdiyiniz diqqət və qayğını biz alimlər dərin məmnunluq hissi ilə qarşılayırıq.
Cənab Prezident, bu il noyabrın 10-da böyük Nizaminin yurdu Gəncədə çoxsaylı sosial və mədəni obyektlərin, o cümlədən möhtəşəmliyi ilə göz oxşayan ADAU-nun tələbə yataqxanasının açılışında iştirakınızı böyük sevinclə qarşıladıq.
Aqrar təhsilə, aqrar elmə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, doğma Azərbaycanımızın daha da inkişafı naminə fəaliyyətinizdə nailiyyətlər arzu edirik.
Dərin hörmətlə,
Məhərrəm İsmayılov
Zemfira İsmayılova,
Bəhmən Əliyev
Aidə Həsənova
Hüseyn İdrisov, ADAU-nun dosentləri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.