Fədail Haqverdiyevdən, Cəbrayıl, Azərbaycan
Text size
20 noyabr 2017, 14:25
Hörmətli cənab Prezident!
Həyata keçirdiyiniz “Ölkəmizi tanıyaq” tur-aksiyası təqdirəlayiq bir layihədir. Həmin aksiyada övladım Haqverdiyev Rəhim Fədail oğlu iştirak edib. Onun təəssüratları çox zəngindir. Gənclərimizə, xüsusən köçkün rayonlardan olan uşaqlara göstərdiyiniz bu qayğı əvəzolunmazdır.
Bir valideyn kimi Sizə təşəkkür edirəm. İnanırıq ki, bu cür tədbirlərin sayı çox olacaq və yaxın illərdə gənclərimiz doğma Qarabağın bölgələrinə səyahət edəcəklər. Sizə bütün işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Haqverdiyev Fədail Murad oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.