Zəminə Həsənovadan, Ağstafa, Azərbaycan
18 noyabr 2017, 14:00
Möhtərəm cənab Prezident,
“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Ağstafa rayonunun məktəblilərindən ibarət 40 nəfərlik qrup üç gün ərzində ölkəmizin cənub bölgəsini gəziblər.
Mənim övladım da həmin qrupun tərkibində olub. Onlar Lənkəran-Lerik-Masallı-Astara rayonlarında Heydər Əliyev mərkəzlərini, Tarix-Diyarşünaslıq muzeylərini, Gənclər mərkəzlərini, Bayraq meydanları və həmin rayonların digər görməli yerləri ilə yaxından tanış olublar.
Əziz Prezidentimiz, bütün bunlar uşaqlarımıza ölkəmizin tarixi irsini, mədəniyyətini, adət-ənənələrini yaxından tanış edir, onların vətənpərvərlik ruhunda böyüməsinə, dünyagörüşlərinin artmasına səbəb olur.
Bütün valideynlər adından bir daha Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Həsənova Zəminə Sovet qızı.
Azərbaycan Respublikası, Ağstafa rayonu.