logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

29 iyun 2011, 16:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 762, № 12, maddə 973; 2010-cu il, № 7, maddə 587) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci maddədə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları” sözləri “inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar” sözləri ilə əvəz edilsin.

2. 3-cü maddədə:

2.1. maddənin adında və 3.5-ci maddədə “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin;

2.2. 3.1-ci və 3.8-ci maddələrdə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin;

2.3. 3.2-ci maddədə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVI, XVII fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.”;

2.4. 3.3-cü, 3.4-cü və 3.6-cı maddələrdə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

3. 5-ci maddənin adında və mətnində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

4. 6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. İnzibati-iqtisadi məhkəmələrdə və kollegiyalarda iş bölgüsü

İnzibati-iqtisadi məhkəmələrdə və kollegiyalarda işlərin bölüşdürülməsi kargüzarlıq qaydalarına uyğun aparılır.

5. Aşağıdakı məzmunda 8.1.3-1-ci maddə əlavə edilsin:

“8.1.3-1. Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.”.

6. 8.6-cı maddənin birinci cümləsində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə, birinci və ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

7. 81.1-ci maddənin birinci cümləsində “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə, ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

8. 81.3-cü və 90.3-cü maddələrdə “şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar” sözləri “müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər” sözləri ilə əvəz edilsin.

9. 86.3-cü maddədə “İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

10. 83.1-ci, 85.1-ci, 86.1-ci, 87.7.1-ci, 87.7.2-ci və 98.5-ci maddələrdə “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

11. 87.7-ci maddənin ikinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə müvafiq” sözləri “müvafiq inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

12. 90.1-ci, 98.2-ci, 98.4-cü maddələrdə və 98.6-cı maddənin birinci cümləsində “inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.

13. 129-cu maddə çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2011-ci il. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi