logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

02 noyabr 2017, 18:36

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmə və əməkdaşlıq haqqında 2017-ci il sentyabrın 15-də Vyentyan şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2017-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi