logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Binəli Yıldırıma

Text size icon-size icon-size

28 oktyabr 2017, 12:10

Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.

İnanıram ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2017-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi