Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyevdən
17 oktyabr 2017, 16:15
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və dost Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu bayram cəmiyyətdə həmrəyliyin, sülhün və sabitliyin rəmzi, Azərbaycan xalqının öz tarixi birlik ənənələrinə sədaqətinin, öz dövlətini dirçəltmək və möhkəmlətmək əzminin sübutudur.
Müstəqil Azərbaycan Respublikası tarixi baxımdan qısa müddətdə iqtisadiyyatın, sosial sahənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi sahələrində sanballı uğurlar qazanıb, Qafqaz regionunda sabitlik və sülh amilinə çevrilib. Əlbəttə, bu müsbət nəticələr Sizin yürütdüyünüz ölçülüb-biçilmiş xarici və daxili siyasət sayəsində qazanılıb.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.
Hörmətlə,
Vladimir Vasilyev
Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini
müvəqqəti icra edən