Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan
Text size
17 oktyabr 2017, 16:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə daha böyük inkişaf və rifah arzu edirəm.
Zati-alinizə dərin hörmət və ehtiramla,
Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi,
Baş nazirin müavini, müdafiə naziri