logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Text size icon-size icon-size

17 oktyabr 2017, 15:25

Prezident İlham Əliyev Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib.

Səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Yunanıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıldı, energetika sahəsində əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə edildi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi