logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Əmək miqrasiyası haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

28 iyun 2011, 16:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №1, maddə 29; 2004, №1, maddə 19; 2008, №3, maddə 168, №6, maddə 482, №9, maddə 798; 2009, №7, maddə 532) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

1.1. dördüncü abzasda “5-ci maddəsinin birinci və dördüncü hissələrində,” sözləri çıxarılsın, “16-cı maddəsinin birinci, ikinci və üçüncü hissələrində” sözləri “16-cı maddəsinin birinci (Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın verilməsi sahəsində) və üçüncü hissələrində” sözləri ilə əvəz edilsin;
1.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:
«həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 6-cı maddəsinin ikinci hissəsində, 8-ci maddəsinin üçüncü hissəsində, 16-cı maddəsinin birinci (Azərbaycan Respublikası ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazənin və əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi sahəsində) və ikinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; »;
1.3. yeddinci abzasda “həmin Qanunun” sözlərindən sonra “5-ci maddəsinin dördüncü hissəsində,” sözləri əlavə edilsin;
1.4. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 16-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş icazələrin verilməsi və onların müddətinin uzadılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla həyata keçirilir.”

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi